Bizim haqqımızda
“UNION PROJECT” Azərbaycanda memarlıq, dizayn, konstruksiya və mühəndis-kommunikasiya sistemləri sahəsində kompleks xidmətlər göstərən aparıcı şirkətlərdən biridir.
Şirkət müxtəlif təyinatlı iri miqyaslı memarlıq layihələrinin həyata keçirilməsi sahəsində aparıcı mövqelərdən birini tutur. Portfelimizə çoxsaylı ofis və yaşayış binaları, fərdi yaşayış evləri, dövlət əhəmiyyətli komplekslər, inzibati və sənaye obyektləri daxildir.
Sifarişçilərə memarlıq ideyasının işlənib hazırlanmasından, konsepsiya və vizuallaşdırmadan başlayaraq layihə sənədlərinin tərtibinə və obyektin istismara verilməsinə qədər tam “açar təslim” xidmət təqdim edirik.
Keyfiyyət, funksionallıq və səmərəlilik prinsiplərini rəhbər tutaraq ilk baxışdan əhəmiyyətsiz görünən detallara belə xüsusi diqqət yetiririk. Memarlıq və konstruktiv həllərin, təhlükəsizlik və yanğın mühafizəsi sistemlərinin, mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsinə yüksək ixtisaslı mütəxəssislər cəlb olunur. Təcrübəli mütəxəssislərimiz işlərin bütün mərhələlərində müəllif nəzarətini həyata keçirirlər.
Şəhərsalma konsepsiyalarının hazırlanmasında böyük təcrübəyə malik olan UNION PROJECT ölkənin zəngin memarlıq irsinə həssaslıqla yanaşır və hər layihənin ətraf mühitə harmonik şəkildə inteqrasiya olunmasına xüsusi diqqət yetirir.
Eyni zamanda ən müasir trendləri izləyirik və Azərbaycanda innovativ memarlıq həllərini ilk tətbiq edən şirkətlər sırasındayıq.
Hər il həyata keçirilən layihələrin sayı artır, coğrafiyası genişlənir. Bu gün layihələrimiz təkcə Bakıda deyil, Azərbaycanın hüdudlarından kənarda da layiqli yer tutur.
İstənilən mürəkkəblikdə obyektləri layihələndirərək onların yerli və beynəlxalq tikinti norma və standartlarına uyğunluğunu və optimal müddətlərdə icrasını təmin edirik.
İş prinsiplərimiz
Funksionallıq
Səmərəlilik
Tərəfdaşlarımız
Layihəniz var? Gəlin müzakirə edək.
Zəng edin və ya müraciət göndərin, mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.
Layihəni müzakirə edək









